Xalq artisti Arif Babayev yenə Türkiyəyə aparılır:

"Gecələr ağrılar verir, elə də yaxşı deyiləm"
18 Oktyabr 2019 - 10:33

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev yenidən əməliyyat olunmaq üçün Türkiyəyə gedir.

Bu barədə oxu.Az-a xalq artistinin özü məlumat verib: “Diz qapağımda ağrılar var. Qoyduqları dəmirdən biri gödəkdir. Gecələr ağrılar verir. Elə də yaxşı deyiləm. Yəqin ki, yaşla bağlıdır. Bir dəfə əməliyyat olunmuşam. Amma yenidən əməliyyat olunacam. Ola bilsin ki, 3-4 gündən sonra Türkiyəyə getdim”, – deyə Arif Babayev deyib.

Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub.