Xalq artisti Ofeliya Sənaninin son vəziyyəti barədə açıqlama

Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan Xalq artisti Ofeliya Sənani palataya köçürülüb.

Bu barədə Xətai Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onun müalicəsi terapiya şöbəsində davam etdirilir:

“Hazırda vəziyyəti qənaətbəxşdir”.

“Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilmişdi”, – deyə məlumatda bildirilib.

Əvvəlki məqalə

ABŞ Konqresi hökumətin maliyyələşdirməsini təsdiqlədi

Sonrakı məqalə

Seçkilərdə iştirak üçün daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb