Xalq artisti Ofeliya Sənani infarkt keçirib

Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.

Azpost.info bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:

“İnfarkt keçirtdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.