Xalq artisti Ənvər Həsənovun səhhəti normallaşıb

Azərbaycan Xalq artisti, görkəmli kino aktyoru Ənvər Həsənovun vəziyyəti normaldır.

Bu barədə APA-ya aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, aktyorun MRT müayinəsinin nəticələri qənaətbəxşdir.

“Allaha şükür ki, hematoma çıxmadı. Biz bundan qorxurduq. Sabah həkim müayinəsinə gedəcəyik. Yəqin ki, lazımi müalicəni yazar”, – qızı bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.