Xamenei ilə Bəşər Əsəd nələri müzakirə edib?

“Qərb və müttəfiqləri Suriyanı Yaxın Şərqdə təcrid etməyə çalışdılar, lakin buna nail ola bilmədilər”.

Azpost.info xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamenei Tehranda Suriya prezidenti Bəşər Əsədlə görüşündə deyib.

“Qərblilər Suriyada siyasi sistemi məhv etmək, bölgədə təcrid etmək məqsədi ilə müharibəyə başlamağa çalışdılar, lakin buna nail ola bilmədilər. İndi də bunu təkrar etməyə çalışırlar, amma başqa yollarla”, – Xamenei bildirib.

O, İran və Suriyanın ABŞ və Avropanın sanksiya təzyiqi ilə üz-üzə olduğuna da diqqət çəkib: “Biz əməkdaşlığı genişləndirməklə bu çətinliklərin öhdəsindən gəlməliyik”.

Suriya lideri də öz növbəsində İran prezidenti İbrahim Rəisinin vəfatı ilə bağlı başsağlığı verib və onun İran-Suriya münasibətlərinin dərinləşməsinə böyük töhfə verdiyini qeyd edib. Əsəd həmçinin Xamneyiyə Suriyaya bütün sahələrdə dəstək verdiyinə görə təşəkkür edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.