“Xankəndinə erməni dilində radio yaymı təşkil edilməlidir”

“Xankəndinə erməni dilndə radio translyasiyalar təşkil edilə, aramsız müraciətlər səsləndirilə bilər. Qoy Azərbaycan tərəfinin mövqeyini, çağırışlarını məcburi olaraq eşitsinlər”.

Azpost.info bildirir ki, bu sözləri tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi bildirib.

Onun sözlərinə görə, əhali ilə işləməyin yollarını tapmaq lazımdır: “Səs gücləndiricilər vasitəsilə müvafiq mətnlər, erməni-Azərbaycan əlaqələri, musiqisi və s. informasiya təbliğatı aparıla bilər. Narazı qalsalar belə, bunları bu yolla da ya yumşaltmaq, ya da bezdirmək olar. Əhali ilə işləməyin yollarını tapmaq lazımdır”.

S. Rüstəmovanın sözlərinə görə, erməni sakinlərinə Azərbaycan tərəfi ilə əlaqə saxlamaq üçün radio vasitəsilə telefon nömrələrini ötürmək, onların tək-tək arzularını, şikayətlərini eşitməyə hazırlıq nümayiş etdirmək, müxtəlif vasitələrlə əməkdaşlıq, kömək təklif etmək olar: “Bir sözlə, yerli erməni əhalisi ilə elə konmunikasiya əlaqələri qurmaq lazımdır ki, araiklərın və vardanyanların qarşısını almaq, maneçilik törətmək imkanları olmasın”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.