Xaricdən ölkəyə buğda idxalı artıb –

Bu il taxıl almaq üçün 320 milyon dollar xərclənib
18 Dekabr 2019 - 11:18

2019-cu ilin 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 319 milyon 693 min dollar dəyərində 1 milyon 488 min ton buğda idxal olunub.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə,2018-ci ilin 11 ayı ilə müqayisədə 2019-cu ilin 11 ayında buğda idxalı dəyər ifadəsində 132 milyon 153 min dollar, miqdar ifadəsində isə 495 min 365 ton artıb.

2018-ci ilin 11 ayında  Azərbaycana 187 milyon 540 min dollar dəyərində 992 min 353 ton buğda idxal edilmişdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 385,9 min ton təşkil edib.