Ötən illərlə müqayisədə bu il xaricdə təhsil üşün dövlət proqramına müraciət edənlərin sayı çox olub.
Bunu bu gün keçirilən brifinqdə Xaricdə Təhsil Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
O bildirib ki, 295 gənc gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində dövlət proqramı hesabına təhsil alacaq.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na edilən dəyişiklik ilə bu gənclərin sayı artacaq. Müraciətlər daha çoxu İnformasiya texnologiyaları, Dövlət idarə etməsi, mühəndislik, statistika və verilənlərin təhlili ixtisasları üzrə olub”.