“Xarici agentlərlə bağlı qanun dünyanın ən azı 50 ölkəsində var”- RUSİYA XİN

Avstraliya, Britaniya və İsrail də daxil olmaqla dünyanın ən azı 50 ölkəsində xarici agentlərlə bağlı qanunlar var.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, Fransanın öz ölkəsi üçün oxşar təşəbbüsü nəzərdən keçirməyə hazırlaşdığını da deyib.

Eyni zamanda, XİN nümayəndəsinin sözlərinə görə, ilk oxşar qayda hələ 1938-ci ildə ABŞ-da Xarici Agentlərin Qeydiyyatı Aktı şəklində qəbul edilib.

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini üçüncü və yekun oxunuşda təsdiqləyib. Təşəbbüsü 84 deputat dəstəkləyib, 30 deputat onun əleyhinə səs verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.