Xırdalan və Bakı aeroportunda metro stansiyalarının tikintisi planlaşdırılıb?

Xırdalana və Bakı aeroportuna (Heydər Əliyev Beynəlxalq Aeroportu) metro xətti azı növbəti planlarda nəzərə alına bilər.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov qurumun yaranmasının 10 ilinə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfransda bildirib.

O əlavə edib ki, Bakının inkişafı ilə bağlı 2040-cı ilə qədərki planlar metro stansiyalarının sayının artırılmasını nəzərdə tutur, amma sözügedən stansiyaların tikintisi planlaşdırılmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.