Xırdalan sakininin başına iş gəlib.
Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Şikayətçi iddia edir ki, Xırdalanda icra hakimiyyəti tərəfindən salınan parkın işıqlandırılması 27-ci məhəllə ev 1B mənzil 45 ünvanının sayğacına qoşulub.
Nəticədə də ev sahibi 5 ay ərzində işıq puluna qat-qat artıq pul ödəməli olub:
“Mən adi vaxtlarda ay ərzində işığa 10 manat pul ödəyirdim, lakin son 5 ay ərzində işıq kartımızda pul tez-tez bitirdi. Vəziyyətdən şübhələnsəm də, ağlıma heç nə gəlmirdi. Demək olar ki, hər ay 60-70 manat işıq pulu ödəyirdim. Nəhayət, bu gün “Azərişıq”a müraciət etdikdən sonra sayğaca baxış keçirildi, məlum oldu ki, yaxınlıqdakı parkın işıqlandırılması mənim mənzilimin sayğacına qoşulubmuş. Belə çıxır ki, 5 aydır parkın işıq pulunu mən ödəyirmişəm”.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.