Xocalıda 32 il əvvəl yarımçıq qalmış “Son zəng” çalındı –FOTO

Xocalı şəhər 2 nömrəli tam orta məktəbini 1992-ci ildə bitirməli olan şagirdlər yarımçıq qalan “Son zəng” tədbirini 32 il sonra doğma yurdlarında qeyd ediblər.

1992-ci ilin mayın 25-də keçirilməli olan “Son zəng”ə hazırlaşan şagirdlərin arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı. Həmin şagirdlər gecikən “Son zəng”lərini qeyd etmək üçün Xocalı şəhərinə toplaşıblar.

Əvvəlcə Xocalıdakı Şəhidlər xiyabanı ziyarət olunub. Sonra Xocalı faciəsi zamanı qətlə yetirilən 63 uşağın xatirəsinə Qarqar çayına qərənfil çiçəkləri buraxılıb.

Xocalı şəhərində keçirilən mərasimdə 32 il əvvəlki ağrılı-acılı günlər yad edilib. Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə və Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən şükranlıqla bəhs ediblər.

Sonda “Son zəng”in simvolu olan qırmızı lentli zınqırovlu zənglər çalınıb.

 

Əvvəlki məqalə

Qəbul imtahlarında bir nəfər maksimum bal toplayıb

Sonrakı məqalə

İyunun 2-də keçirilən qəbul imtahanlarında 11 nəfərin nəticəsi ləğv edilib