Xokkey üzrə dünya kuboku yarışları təxirə salınıb

2024-cü ilin fevralında keçirilməsi planlaşdırılan xokkey üzrə dünya kuboku yarışları təxirə salınıb. Turnirin 2025-ci ildə keçirilməsi planlaşdırılır.

TASS xəbər verir ki, bu barədə Milli Xokkey Liqasının mətbuat xidməti məlumat yayıb.

“Təəssüf ki, hazırkı şəraitdə, xokkey üzrə dünya kuboku yarışlarını təşkil etmək mümkün deyil. Biz növbəti dünya çempionatını 2025-ci ilin fevralında keçirməyi planlaşdırırıq”, – deyə məlumatda bildirilir.

Yarışın təxirə salınmasına səbəb digər ölkə yığmalarının Rusiya millisi ilə qarşılaşmaq istəməməsidir. Onlar Ukraynadakı müharibəyə görə rusiyalı xokkeyçilərin yarışda iştirakına qarşı çıxıblar.

Bundan əvvəl isə Beynəlxalq Xokkey Federasiyası (IIHF) öz bayrağı altında keçirilən turnirlərdə Rusiya yığmasının iştirakına qadağa qoyub.

Əvvəlki məqalə

İranda 4,5 bal gücündə zəlzələ olub

Sonrakı məqalə

Azərbaycan nefti bahalaşıb