Xomeyninin ölümünə fətva verdiyi Salman Rüşdi ABŞ-da bıçaqlandı –-FOTO/VİDEO

ABŞ-da qalmaqallı yazıçı, “Şeytan ayələri” kitabının müaəllifi Salman Rüşdi bıçaqlanıb.

Azpost.info “The Washigton Post”a istinadən bildirir ki, hadisə Tədris mərkəzində keçirilən tədbirdə baş verib.

Ruşdi bıçaq zərbəsi alıb və xəstəxanaya aparılıb.

“Ruşdi boynundan bıçaq yarası alıb və helikopterlə qospitala aparılıb. Vəziyyətinin necə olduğu məlum deyil”-deyə polisin bəyanatında deyilir.

Associated Press”in əməkdaşı hadisənin şahidi olub. O deyib ki, naməlum şəxs Ruşdinin çıxışı zamanı ona hucum edib və döyməyə başlayıb.

Bombeydə anadan olan Ruşdi Britaniyada 1988-ci ildə çap olunan “Şeytan ayələri” kitabı ilə tanınıb. İslam dininə həqarətlərə görə kitab Hindistanda, Pakistanda, Səudiyyədə və digər yerlərdə qadağan edilib.

Kitabın çapından sonra İranın dini rəhbəri, Ayətullah Xomeyni  Rüşdinin ölümü haqqında fətva verib. O zamandan bəri Salman Rüşdi ciddi şəkildə mühafizə olunur.

 

Əvvəlki məqalə

MEDİA-da maliyyə yardımı göstərilən sayt rəhbərləri ilə görüş keçirilib

Sonrakı məqalə

Novxanıda dənizdə batan iki gəncin meyiti sudan çıxarılıb