Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə start verilib.
Azpost.info Qol.az-a istinadən bildirir ki, ilk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i artıq başa çatıb. Turnirin əsas favoritlərindən sayılan Braziliya millisi Xorvatiya ilə qarşılaşıb. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün oyun əlavə vaxta uzadılıb. Lakin bu zaman da hesab açılmayıb. Oyun penaltilər seriyası ilə davam edib. Burada Xorvatiya daha dəqiq davranıb və yarımfinala adlayıb. Braziliya millisi sensasiyalı şəkildə mübarizəni dayandırıb.
Digər oyunda isə Argentina və Niderland yığmaları üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bugünkü oyunun qalibləri yarımfinalda bir-biri ilə qarşılaşacaqlar.
9 dekabr
DÇ-2022
1/4 final mərhələsi
19:00. Xorvatiya – Braziliya – 1:1, Penaltilər seriyası – 4:2
Qollar: Neymar, 105+1 (0:1), Petkoviç, 117 (1:1)
Penaltilər seriyası
Xorvatiya: + + + +
Braziliya: – + + –
Baş hakim: Maykl Oliver (İngiltərə)
“Edyukeyşn Siti” stadionu
23:00. Niderland – Argentina
Baş hakim: Migel Mateu Laos (İspaniya)
“Lusail” stadionu
10 dekabr
19:00. Mərakeş – Portuqaliya
23:00. İngiltərə – Fransa