Xorvatiya millisi ilk dəfə Millətlər Liqasının finalında çıxış edəcək.
Azpost.info bildirir ki, dünən keçirilən oyunda Zlatko Daliçin komandası əlavə vaxtda Hollandiyaya qalib gəlib (4:2).
Xorvatiya həlledici oyunda İtaliya və ya İspaniya ilə qarşılaşacaq – bu komandalar iyunun 15-də yarımfinal matçına çıxacaq.
Final iyunun 18-də Rotterdamda baş tutacaq.
Azpost.info