“Yalvarıram ana, məni xilas edin!” –Qırmızı Xaç azərbaycanlı əsiri niyə xilas etməyib?! (FOTO)

Fərrux kəndi ərazisində bu günlərdə kütləvi məzarlıq aşkarlandı. Həmin insan qalıqları birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə aiddir və onların kimliyi DTN analizləri ilə müəyyən ediləcək.

Azpost.info musavat.com-a istinadən bildirir ki, belə bir ərəfədə Ermənistanın törətmiş olduğu, habelə beynəlxalq qurumların göz yumduğu dəhşətli bir fakt üzə çıxıb.

Belə ki, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Qırmızı Xaç vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə yayılıb.

Məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Ermənistanın Edili kəndində saxlanıldığını yazıb və ailəsinə onu əsirlikdən qurtamaq üçün yalvarış dolu, ürək sızladan xahiş edib.

Lakin belə məlum olur ki, Qırmızı Xaç həmin zaman yeri-yurdu dəqiq bəlli olan azərbaycanlının taleyinə biganə yanaşıb, Laçının geri qaytarılması üçün heç bir iş görməyib.

Əsirlikdən qayıtmış bəzi şəxslər iddia ediblər ki, Laçın Novruzov bu məktubunu yazdıqdan bir müddət sonra işgəncələrlə qətlə yetirilib. Harada basdırıldığı məlum deyil…

Amma Laçın Novruzovun taleyi haqda heç bir rəsmi məlumat verilməyib.

Bu məsələdə Qırmızı Xaçın da ciddi məsuliyyəti var.

Bununla bağlı Beynəlxalq təşkilatın açıqlamasını  gözləyirik.

Əvvəlki məqalə

Külək Xırdalanda məktəbin damını qopardı –

Sonrakı məqalə

Xırdalanda damı uçan məktəbdə tədris dayandırılıb