2023-cü ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Gəlirlər 5 milyard 379,2 milyon manat və ya hər nəfərə orta hesabla 531 manat olub.
Statistika Komitəsinin məlumatına görə, əhalinin sərəncamında qalan gəlirləri 4 milyard 749,9 milyon manat təşkil edib.
Azpost.info