Yanvar ayında əhalinin 5 milyard manat gəliri olub

2023-cü ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Gəlirlər 5 milyard 379,2 milyon manat və ya hər nəfərə orta hesabla 531 manat olub.

Statistika Komitəsinin məlumatına görə, əhalinin sərəncamında qalan gəlirləri 4 milyard 749,9 milyon manat təşkil edib.

Azpost.info

Əvvəlki məqalə

“Arsenal” misirli yarımmüdafiəçisi ilə müqaviləni uzatdı

Sonrakı məqalə

Ekipaj yoldaşı təyyarədə öldü, pilot bunu zarafat sandı