Yanvarda xaricdən ölkəmizə 20 milyon dollarlıq meyvə-tərəvəz gətirilib

Cari ilin yanvarında 27,6 min ton meyvə-tərəvəz idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən meyvə-tərəvəzin dəyəri 19,8 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin yanvarında dəyəri 18,9 milyon dollar olmaqla 33,3 min ton meyvə-tərəvəz idxal edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.