YAP-çı deputatlar ayrıca iclas keçirdilər –

Milli Məclisin buraxılması müzakirə olundu (QƏRAR)
28 Noyabr 2019 - 15:19

YAP rəhbərliyinin-İcra Katibliyinin iştirakı ilə hakim partiyadan olan deputaların ayrıca keçirilimiş toplantısı başa çatıb.

 Azpost.info etikxeber.az-a istinadən bildirir ki, toplantıda YAP  Siyasi Şurasının 5-ci çağırış Milli Məclisin (MM) buraxılması ilə bağlı təşəbbüsü müzakirə mövzusu olub.

 YAP-çı deputatlar partiyanın Siyasi Şurasının təşəbbüsünü dəstəkləyiblər. Yığıncaqda YAP Sədrinin müavini və İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər YAP rəsmiləri iştirak edib.