Ağstafa rayon İcra Hakimiyyətinin həbs olunmuş birinci müavini Ramiz Tatarov YAP Ağstafa rayon təşkilatının sədridir.
Azpost.info bildirir ki, R.Tatarov 1991-ci ilin iyun ayından 1995-ci ilin may ayınadək Ağstafa rayonunun M.Allahverdiyev adına sovxozunda direktor vəzifəsində işləyib. 1995-ci ilin may ayından 1998-ci ilin dekabr ayınadək Ağstafa Rayon Aqrar Sənaye Kombinatının baş direktoru, 1998-ci ilin dekabr ayından hal hazıradək Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyir.
AXC-Müsavat hakimiyyəti dövründə, yəni 1993-cü ilin mart ayında Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan R.Tatarov 1999-cu ilin sentyabr ayından YAP Ağstafa rayon təşkilatının sədridir.
Ramiz Tatarov Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ərəfəsində isə Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Evlidir, dörd övladı var.
1998-ci ildən icra başçısının birinci müavini işləyir. “Tərəqqi” medalı almış R. Tatarovun sabah 62 yaşı tamam olur.