“İndiyə qədər keçirilən parlament seçkilərindən əvvəl YAP-ın qurultayının keçirilməsinə zərurət yaranmayıb”.
Bunu bu gün keçirilən mətbuat konfransında gözlənilən növbədənkənar parlament seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilib-keçirilməyəcəyi barədə sualı cavablandıran YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.
Ə. Əhmədov deyib ki, namizədləri müəyyənləşdirmək üçün YAP-ın müvafiq qurumları var: “Biz istəyərdik ki, YAP parlamentdə daha çox deputatla təmsil olunsun. Maksimum səy göstərəcəyik ki, irəli sürdüyümüz namizədlər seçicilərin etimadını doğrultsun”. (APA)