YAP maliyyə hesabatını MSK-ya təqdim etdi

Yeni Azərbaycan Partiyası 2019-cu il üzrə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını təqdim edib.

Bu barədə APA-ya YAP İcra katibinin mavini Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə YAP-ın gəlirləri 10 milyon 668 min 284 manat olub. Bunun 9 milyon 309 min 25  manatını üzvlük haqları, 1 milyon 359 min 259 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib.

YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 5 milyon 307 min 213 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 884 min 663 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 91 min 515 manatı ezamiyyə xərclərinə, 163 min 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 min 053 manatı mebel və ofis avadanlıqlarının alınmasına,  214 min 214 manatı təmir işlərinə, 481 min 232  manatı kommunal və təsərrüfat xərclərinə, 300 908 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 75 min 862 manatı bank xidmətinə, 57 min 607 manatı dəftərxana xərclərinə, 49 min 790 manatı çap işlərinə, 234 min 171 manatı kredit ödənişinə, 270 194 manatı isə sair xərclərə sərf edilib: “Ən əsası da odur ki, partiyanın maliyyə əməliyyatları bank hesabı üzərindən həyata keçirilir. Üzvlük haqları da, partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqı da bank vasitəsi ilə ödənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Goldman Sachs”dan neft proqnozu –

Sonrakı məqalə

Mehriban Əliyeva: