Yaponiya Baş naziri istefa verəcək- Maliyyə qalmaqalına görə

Yaponiya Baş naziri Fumio Kişida sentyabrda keçiriləcək hakim Liberal Demokrat Partiyasının sədrliyinə namizəd olmayacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

“İctimaiyyətə Liberal Demokrat Partiyasının dəyişdiyini göstərmək üçün seçkilərdə iştirak etməmək qərarına gəldim”, – Kişida mətbuat konfransında bildirib.

O, kimi növbəti partiya sədri və ölkənin baş naziri kimi gördüyünü açıqlamayıb.

1955-ci ildə yarandığı gündən Yaponiyanı idarə edən Liberal Demokrat Partiyası son aylarda böyük siyasi qalmaqalla üzləşib.

Partiyanın ən güclü iki qruplaşması öz gəlir və xərclərini düzgün bəyan etməməkdə və milyonlarla dollarlıq siyasi ianələr barədə yanlış məlumat verməkdə ittiham edilib. Bütün bunlara görə hökumətin reytinqi aşağı düşərək 20 faizə çatıb, bir neçə nazir, nazir müavinləri və partiyanın yüksək vəzifəli məmurları istefa verib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.