Yaponiya Rusiyanın aktivlərindən əldə etdiyi 3 milyardlıq gəliri Ukraynaya köçürəcək

Yaponiya hökuməti Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən gəlir kimi əldə edəcəyi 3,3 milyard dolları verməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Kyodo” agentliyinə bildiriblər.

Bu məbləğ G7 ölkələrinin 2024-cü ilin sonuna qədər Kiyevə təmin etmək barədə razılaşdıqları Ukraynaya ümumi 50 milyard dollar yardımın təqribən 6 faizini təşkil edəcək.

Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə məsələsi iyulun sonunda Rio-de-Janeyroda keçiriləcək G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə daha çox müzakirə olunacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.