Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe vəfat edib.
Bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi “Twitter”də bildirib.
“Yaponiyadan ürək ağrıdan xəbər gəldi. Baş nazir Şinzo Abe hücumçu tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün qoşuluruq, yaxşı insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın”, – nazir qeyd edib.
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni güllələyən şəxsin kimliyi müəyyənləşib.
APA-nın NHK telekanalına istinadla məlumatına görə, o, Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.