Yaşar Gülər Hikmət Mirzəyevi qəbul edib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevi qəbul edib.
AzPost cəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib.
Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir.

Qeyd edək ki, Türkiyədə rəsmi qonaq qismində səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyənin Quru Qoşunları Komandanı, general Səlcuq Bayraktaroğlu, eyni zamanda, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə birgə Kilis Çıldırobadakı 6-cı Korpus və Şəhid Mehmet Sərhəd Polis İdarəsinə baş çəkib.
Bildirilib ki, general Bayraktaroğlu Türkiyə və Azərbaycan Quru Qoşunları Komandanlıqları arasında artan hərbi əməkdaşlıq və koordinasiyaların inkişaf etdirilməsi, eləcə də silah və sistemlər haqqında məlumat verərək əməliyyat sahələrində əldə edilən təcrübələri diqqətə çatdırıb.