“Yaşlı adamam, hər şey ola bilər…” –Əminə Yusifqızı səhhətindən danışdı

Xalq artisti Əminə Yusifqızı səhhətinin pis olmadığını deyir.

Bunu “Report”a açıqlamasında 85 yaşlı Xalq artisti özü bildirib.

“Vallah yadımda deyil. Ola bilər elə vaxtıma düşüb, elə demişəm ki, səhhətim çox pisdir. Yaşlı adamam, hər şey ola bilər, səhhətim barədə hər şey deyə bilərəm”, – o, əlavə edib.

Qidalanmasına gəlincə, Ə.Yusifqızı bunları söyləyib:

“Ümumiyyətlə, yaşlı adamlar çox az yeyir. Ona görə mən də az-az yeyirəm. Deyirlər e, uzandı durmadı. Mən də elə deyirəm… Doğrudan da yaşım çoxdur. İndi hər şey qaydasındadır”.

Xatırladaq ki, Ə.Yusifqızı sentybarın 21-də səhhətinin pis olduğunu, bir həftədir qidalanmadığını bildirmişdi.

Əvvəlki məqalə

“ÇİP müharibəsi”nə hazırıq? –

Sonrakı məqalə

“VPN-dən istifadə zamanı təhlükəsizliyə xüsusi diqqət etmək lazımdır”