Yatmadan əvvəl aclığı aradan qaldırmağa kömək edəcək qidaların siyahısı tərtib edilib.
Azpost.info bildirir ki, siyahını səhiyyə və tibb üzrə elmi-maarifləndirici kanal olan “Doktor” telekanalı təqdim edib.
Siyahıya əsasən yatmazdan əvvəl az yağlı və şəkərsiz qatıq, yoqurt yeyə bilərsiniz. Bu, mədə narahatlığı olmadan aclığınızı aradan qaldırmağa imkan verəcək. Siz həmçinin bir stəkan ilıq süd içə bilərsiniz, tərkibində triptofan amin turşusu yuxu gətirir. Bir ovuc badam da yeyə bilərsiniz. Yüksək kalorili olmasına baxmayaraq, iştahınızı boğaraq arıqlamağınıza kömək edir.
Bundan əlavə, bir banan yeyə bilərsiniz – o, melatoninin sintezini stimullaşdırır və böyük miqdarda maqnezium ehtiva edir. Telekanal xəbər verir ki, nəhayət, ət bulyonu içmək də uyğundur – o, sizi rahatlaşdıracaq, aclığınızı tez aradan qaldıracaq və tez həzm olunacaq.
Azpost.info