“Yaxın vaxtlarda şad xəbərlər gələcək” –

PREZİDENT İLHAM ƏLİYEV
15 Oktyabr 2020 - 17:13

“Demək olar ki, hər gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirir. Bizim əməliyyatlarımız davam edir. Təxminən 40-a yaxın, ya da 40-dan çox yaşayış məntəqəsi işğaldan azad edilib. Yaxın vaxtlarda da şad xəbərlər gələcək. Biz əsas əməliyyatları indi şimal və cənub istiqamətlərində aparırıq”.

Bu barədə Prezident İlham Əliyev Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.

“Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, – deyə dövlət başçısı qeyd edib.