“Yeni dünya düzəni”nin iflası-

“Böyük Avropa” ideyası suqut edir? (TƏHLİL)
28 Yanvar 2020 - 00:39

1991-ci ildə SSRİ-də baş vermiş avqust qiyamı sovet tarixi üzərindən xətt çəkdi. SSRİ ilə birlikdə  keçmiş rəqiblərin “pay bölgüsünə” əsaslanan “yeni dünya düzəni” ideyası da dəfn edildi. 

SSRİ-nin süqutundan sonra daha heç vaxt yeni dünyanın birgə dizayn edilməsindən söhbət gedə bilməzdi.

Birincisi, Rusiyaya faktik olaraq məğlub olmuş dövlət kimi baxırdılar. Onun sosial- iqtisadi vəziyyətində baş vermiş böyük miqyaslı iflas ağır hərbi məğlubiyyəti xatırladırdı.

İkincisi, Rusiya özü o vaxt qərb cəmiyyəti ilə birgə nəsə hazırlamaq yox, onun normalarını qəbul edərək bu cəmiyyətə qovuşmağa hazır olduğunu bəyan etmişdi.  Bu andan etibarən Qərbin söz yiyəsi olma  amili mübahisəsiz fakta çevrildi.

Ötən əsrin 80-90-cu illərinin hadisələri köklü dəyişiklik epoxası sayılırdı. Lakin üstündən 29 il ötdükdən sonra bu barədə bəzi şübhələr yaranır.  1940-80-ci illərin qarşıdurması tərəflərin birinin yox olması ilə nəticələndiBundan sonra əsas stavka SSRİ ilə qarşıdurma dövründə qərb cəmiyyətinə xidmət edən strukturların bütün planetə yayılmasına edildi.  Başqa sözlə desək Qərbdə “soyuq müharibə” dövründəki dünya idarəçiliyi modelinə yenidən baxmağa hazırlaşmırdılar.  İndi sadəcə bu struktura daha iki supergücü tənzimləyən dayaq kimi yox, qlobal dünya hakimiyyətini bərqərar edəcək tək bir dayaq olaraq baxmağa başladılar.

Lakin bir müddət sonra məlum oldu ki, bu praktika artıq işləmir.

Tədricən Rusiyanın problemi yaranamağa başladı. İlkin mərhələdə Moskvanın qərbin demokratik cəmiyyətinə qovuşmaqla bağlı həvəsinə baxmayaraq  bu baş vermədi.

Doğrudur, 2000-ci ilin ikinci yarısına qədər ABŞ və Avropa Rusiyanı elə də ciddi əngəl hesab etmirdi. Qərbin fikirncə, Rusiya ya “ağıllanıb” “normal ölkə” relsinə çıxacaq, ya da rəqabətə davam gətirməyib bir beynəlxalq güc faktoru kimi sakitcə sönüb gedəcəkdi.

Bu sxem dünyanın digər yerlərində də fəsad verməyə başladı. NATO-nu qlobal polisə çevirmək cəhdi çox qısa müddətli oldu. 1990-cı illərin sonlarında Yuqoslaviyadan sonra, Əfqanıstan və İraq müharibəsinə qədər artıq alyans parlçalandı. Lakin bunun nəticələri böyük miqyaslı idi: Məlum oldu ki, öz proqramını reallaşdırmaq üçün hətta dəfələrlə çöx böyük hərbi gücə malik olma  faktoru da kifayət etmir.

Demokratiyanı yaymaq ideyası  Yaxın Şərqin yenidən qurulması ilə bağlı məsələni  nəinki kəskinləşdirdi, həmçinin Rusiya və Çin tərəfindən qəzəblə qarşılandı. (Rəngli inqilablar). O proses qərb cəmiyyətini də şübhələrə saldı. Məhz “yeni dünya düzəni” ilə bağlı artan böhran kataklizmlərin səbəbinə çevrildi.

NATO-nun vəziyyətinin ağırlığı onun əsas müttəfiqi sayılan Türkiyənin hərəkətlərindən aydın görünür. Prezident Ərdoğan özünü elə aparır ki, sanki NATO ümumiyyətlə mövcud deyil.  Alyansın Rusiya ilə rəqib olduğu bi zamanda Ankara Moskva ilə təhlükəsizlik sahəsində hərbi-texniki əlaqələrini gücləndirir.

 Avropa İttifaqı da zərbələr alıb. Böyük Britaniyanın birliyi tərk etməsi barədə qərarı tarixi əhəmiyyət daşıyır. Tarixdə ilk dəfə olaraq birlik genişlənmək əvəzinə sıxılacaq. Türkiyə ilə münaqişə, Rusiya ilə qarmaqarışıq münasibətlər, Britaniyanın getməsi –bütün bu təzahürlərin müxtəlif səbəbləri var, lakin bir məsələni ortaya qoyur: Brüsselin mərkəz olduğu Böyük Avropa baş tutmayıb. Halbuki, bu mərkəzi 1990-cı illərdə “yeni düzənin” protitipi kimi görürdülər.

Dünya hər halda çox dəyişib. İndi yeni institutlar artıq  Çinin, Rusiyanın və digər regional güclərin təşəbbüsü ilə yaranır.

Fyodor Lukyanov

“Россия в глобальной политике» jurnalı