“Qərb dünyada azad inkişafı əngəlləyir” –- MEDVEDEV

“Qərb diqqətini dünyadakı proseslər üzərində öz gücünü qoruyub saxlamağa kökləyib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, Qərb hakimiyyətin cilovunu əlində saxlamaq üçün dünyanın azad inkişaf imkanlarını əngəlləyir.

“Qərb qlobal proseslərin cilovunu əlində saxlamağa köklənib. Bunun üçün onlar hərbi-siyasi, iqtisadi, ideoloji, informasiya təzyiqlərinə əl atmaqdan, azad inkişaf imkanlarını əngəlləməkdən, bütöv sosial qrupların və xalqların şüurunu manipulyasiya etməkdən çəkinmirlər. Buna görə də müxtəlif regionlarda yeni münaqişələr yaranır və köhnə münaqişələr güclənir”, – Medvedev qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.