Yevlax Rayon Mərkəzi Xəstəxanasında yeyinti- 73 mindən çox vəsait mənimsənilib

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə daxil olan vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxslər tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan çox pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Əvvəlki məqalə

Türkiyədəki kurortda minalara görə bağlanan çimərliklər açılıb

Sonrakı məqalə

Hava şəraiti kəskin dəyişəcək