Yevlax xəstəxanasının şöbə müdiri qətlə yetirildi –FOTO

Yevlaxda həkim qətlə yetirilib.

Yevlax Rayon Mərkəzi Xəstəxasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya həkimin öldürülməsi faktını təsdiqləyib.

Bildirilib ki, hazıda həmin faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Əvvəlki məqalə

Almaniya Ukraynaya dəstək üçün əlavə 40 milyon avro ayırıb-

Sonrakı məqalə

Laçın-Xankəndi yolunda etirazların 31-cü GÜNÜ –