Yevlaxda polis xidməti maşını Kür çayına düşüb –1 polis həlak olub

Bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan “Fiat” markalı xidməti avtomobil Kür çayına aşıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.

Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Əvvəlki məqalə

Biləcəri qatar deposunda yanğın olub – VİDEO

Sonrakı məqalə

Sabah temperatur 44 dərəcəyə çatacaq