Yevlaxda yataqxanada yanğın söndürülüb, bir nəfər xəsarət alıb

Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın söndürülüb.

Hazırda soyutma işləri aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Bir nəfər əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.

Əvvəlki məqalə

Valyutanın sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Azərbaycanda daha 563 nəfər COVID-19-a yoluxub