“Mən istərdim ki, yığma futbol komandamızın baş məşqçisi Qurban Qurbanov olsun”.
Azpost.info bildirir ki, bu sözləri ARB-nin efirində danışan məşhur futbolçumuz Maşallah Əhmədov deyib.
Veteran futbolçu hazırkı məşqçi De Byazinin fəaliyyətindən narazılığını bildirib: “Mən bir peşəkar futbolçu kimi deyirəm ki, bizə belə bir məşqçi lazım deyil. Bu bizim yığma komandamızdır. Bizə isə milli komanda lazımdır”.
M.Əhmədov futbolu bilməyən insanları futbolun idarəçiliyindən uzaqlaşmağa çağırıb. “Prokurorluqda, polisdə, başqa işlərdə çalışanlar pensiyaya çıxandan sonra hamı gəlir futbola…Dostum, güləş üzrə dünya çempionu Fərid Mansurov AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Fərid hara, futbol hara? Mən də gedim güləş federasiyasında oturum? Düz olmaz axı bu…”
“Arzu edərm ki, bu kişi oyununu “Qarabağ” kimi oynasınlar”-deyə M.Əhmədov sonra komandalarımza mesaj göndərib.