Yuxarı Qarabağ kanalının daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb.

Əraziyə FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, polis şöbəsinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları və texnikalar cəlb olunub. Hazırda su basmasının qarşısının alınması üçün bəndbərkitmə işləri aparılır. Həmçinin sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Əvvəlki məqalə

“Səudiyyə şirkətlərinin azad edilmiş ərazilərimizin bərpası prosesində fəal iştirakını gözləyirik”

Sonrakı məqalə

Doktora minnətdarlıq borcumuz