Zəhərli ilanların yaşayış arealı böyüyür

İqlim dəyişikliyi zəhərli ilanların həyat tərzinə də təsir edir.

Bu barədə tədqiqatın nəticələri “Lancet” nəşrində dərc olunub.

Məqalə müəllifləri bildirirlər ki, iqlim dəyişikliyi ilanların miqrasiyasını sürətləndirir. Buna görə də, əvvəlki illərdə ilan olmayan ərazilərdə indi gürzə və kobralara rast gəlinir. Bu da ilansancma hallarının artması ilə nəticələnir. Bir çox ölkə bu vəziyyətə hazır deyil.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada hər il 130 minədək insan ilansancmadan ölür. Bunun da başlıca səbəbi bir çox ölkədə ilan zəhəri əleyhinə zərdabların olmamasıdır.

Əvvəlki məqalə

Bakıda Rusiya vətəndaşı intihar edib

Sonrakı məqalə

Hitler 1944-cü ildə ABŞ və Britaniya ilə razılışmaya ümid edirmiş –