Nazir Ceyhun Bayramov Aİ səfirləri ilə görüşdə Azərbaycanın Şərq-Qərb Dəhlizində tutduğu yerin, o cümlədən bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.
Bu xüsusda, bölgədə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşdiyi diqqətə çatdırılıb.(APA)