Zərdabda 6 yaşlı uşaq və atası Kürdə batıb

Zərdabda ata və qızı Kürdə boğulub.

Zərdabın Qoruqbağı kənd sakini Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı Kür çayında batıblar.

Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb. Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Bu səbəbdən də ata və qızı suda boğulublar. Hadisə ilə bağlı rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar.

Hazırda ata və qızının axtarışları davam etdirilir.

Əvvəlki məqalə

Azərbaycan Güləş Federasiyası İtaliya idmançısının rüşvətlə bağlı ittihamlarına cavab verib

Sonrakı məqalə

“Hizbullah” İsrail ərazisinə 50-dən çox raket atıb