Bu gün Zəngilan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.
İclasda Hökümətlərarası Dövlət Komissiyasının həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədirliyi ilə Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksi müzakirə edilir.
Müzakirələrdə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsi əsas diqqət mərkəzindədir.
Zəngilan şəhərində keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasının yekunlarına dair protokol imzalanıb.
APA xəbər verir ki, iclasın yekunlarına dair protokolu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və onun rusiyalı həmkarı Aleksey Overçuk imzalayıb.
Eyni zamanda, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasında avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsi (e-CMR) sisteminin tətbiqi üçün şəraitin yaradılmasına dair yol xəritəsi imzalanıb.