Zabratda VIII sinif şagirdi döyülüb

Bakı Şəhəri 75 nömrəli tam orta məktəbin VIII sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb.

Bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Qeyd edək ki, şagirdin Sabunçu rayonunun Zabrat qəsəbəsində 7 nəfər yeniyetmə tərəfindən döyüldüyü barədə məlumat yayılıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.