Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb –Müraciətlər davam edir

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

Axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Əvvəlki məqalə

“200 manat pul paylanması xəbəri saxtadır” –

Sonrakı məqalə

2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb