“İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir”-Zelenski

“Azərbaycan Prezidenti İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir”.

Bunu  Şərqi Avropa bürosunun müxbirinin sualını cavablandırarkən Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Bakı indiyədək Ukraynaya humanitar, tibbi yardımlar göndərib:

“Düşünürəm ki, silah baxımından Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, doğrudur. Bunu anlamaq mümkündür, çünki onların Qarabağ məsələsi var. Bu məsələ tarixi və mürəkkəbdir. Azərbaycan az ölkələrdəndir ki, biz onları başa düşürük”.

Azərbaycanla yanaşı Türkiyə ilə də yaxşı münasibətlərin olduğunu vurğulayan dövlət başçısı rəsmi Ankaranın hazırda tərəflərlə diplomatik görüşlər keçirdiyini bildirib:

“Türkiyə vasitəçi kimi çıxış etməyə hazır olan ölkələr arasında lider olmaq istəyini nümayiş etdirir. Türkiyə açıq-aydın bəyan edir ki, təhlükəsizlik təminatçısı ölkələrindən biri olacaq”.

“Report”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.