Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin müddətini uzatdı

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün uzadılması haqqında qəbul etdiyi qanunları imzalayıb.

Azpost.info xəbər verir ki, hərbi vəziyyət və hərbi çağırış avqustun 11-də başa çatır və indi ən azı noyabrın 9-dək qüvvədə qalacaq.

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik Rusiyanın 2022-ci il fevralın 24-də hərbi əməliyyatları başlatmasından bəri qüvvədədir və artıq bir neçə dəfə uzadılıb.

Azpost.info

 

Əvvəlki məqalə

Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşüb

Sonrakı məqalə

Gürcüstanda hakim partiya Saakaşviliyə qarşı iddia qaldıracaq