Ukrayna lideri Vladimir Zelenski Xarkov vilayətinə səfər edib.
Azpost.info xəbər verir ki, bu barədə ölkə prezidentinin ofisindən bildirilib.
Zelenski iyulun 29-da peşə bayramı olan xüsusi təyinatlı qüvvələrin əsgərlərini mükafatlandırıb.
Telegram kanalında Zelenski regionda təhlükəsizlik və enerji vəziyyəti ilə bağlı da görüş keçirdiyini bildirib. O qeyd edib ki, əsas diqqət rayonun istilik mövsümünə hazırlanmasına yönəldilməlidir.
“Əsas diqqət Xarkov və regionun istilik mövsümünə hazırlanmasına yönəlib. İstismar vəziyyəti, enerji sektoru obyektlərinin mühafizəsi, enerji çatışmazlığının aradan qaldırılması, payız-qış dövründə istilik və elektrik enerjisi ilə təmin olunması barədə hesabatlar verilib”, – Zelenski bildirib.
Azpost.info