SSRİ xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovanın qastrolları Sovet İttifaqında hadisəyə çevrilirdi.
Azpost.info bildirir ki, görkəməli sənətkarımızın 1978-ci ildə Ermənistan SSR-də verdiyi silsilə konsertlər böyük rezonans yaratmışdı Həmin konsertdən görüntülər internetdə paylaşılıb.
Ermənistanın “Razdan” və Gümrünin “Şirak” stadionunda baş tutan konsertlər öz izdihamı ilə seçilib.
Konsertə gələn on minlərlə insan Zeynəb Xanlarovanı dinləyib. Onların bir çoxu Ermənistanda o zaman yaşayan soydaşlarımız olub. Z.Xanlarovanın konserti əvvəlcə Filarmoniyada planlaşdırılsa da sonradan kütləvi tamaşası axını məkanı dəyişməyə vadar edib.
Konsertin futbol stadionunda təşkil edilib. Z.Xanlarova konserti Azərbaycan mahnısı ilə açıb.
Kadrlarda tamaşaçıların Zeynəb xanımın ifasını sevinclə dinlədiyi, rəqs etdikləri görünür.
Azpost.info həmin görüntüləri oxucularına təqdim edir: