Zeynəb Xanlarovanın 33 il əvvəl BMT-də verdiyi konsertdən NADİR GÖRÜNTÜLƏR –Nyu-York, 1989/VİDEO

SSRİ xalq artisti, korifey sənətkarımız  Zeynəb Xanlarova dünyanın bir çox ölkələrində konsertlər verib. O, xarici ölkələrdə səhnələrdə oxuduğu mahnılarla vətənəmizi tərənnüm edib, insanları dostluğa və qardaşlığa səsləyib. 

Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o vaxtkı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.

Azpost.info bildirir ki, Z.Xanlarova Briləşmiş Millətlər Təşkilatının binasında konsert vermiş yeganə sənətkarımızıdır.

Zeynəb xanımın həmin konsertindən çəkilmiş nadir görüntüləri oxucularımıza təqdim edirik.

3 mart 1989-cu ildə Nyu-Yorkda, BMT-nin binasında təşkil edilmiş konsertdə Z.Xanlarova Azərbaycan mahnllarını ifa edib. Kadrlarda konsertə gələnlərin sənətkarı alqışladığı görünür.

 

 

Əvvəlki məqalə

Türkiyədə zəlzələdə həlak olanların sayı 44 mini ötüb

Sonrakı məqalə

Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiyalar paketini razılaşdırıb